Krkiç “Barselona”ya qarşı oynamaq istəyir
24.12.2012 - 23:14
Bir neçə gün bundan öncə “Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsində sabiq komandası “Mançester Yunayted”in qapısına qol vurduqdan sonra sevinməyəcəyini bildirmişdir. Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduzdan sonra “Milan”ın ispaniyalı hücumçusu Boyan Krkiç də, buna bənzər açıqlama verib.
O, futbolun sirlərini öyrəndiyi “Barselona”ya qarşı oyunda, fərqlənəndən sonra sevinməyin imkansız olduğunu vurğulayıb:
“Bu qarşılaşma mənim üçün çox özəl matç olacaq. Çünki sabiq komandama qarşı mübarizə aparacağam. Ümid edirəm ki, “Barselona”ya qarşı oynamaq üçün şanslı olum. Yəni baş məşqçimiz mənə meydana çıxmaq üçün şans versin”.
Qeyd edək ki, Boyan Krkiç 2007-ci ildən Katalon klubunun əsas heyətində çıxış edib. 2011-ci ildə isə “Barselona”dan “Roma”ya keçib. 1 il paytaxt klubunda top qovan 22 yaşlı oyunçu, mövsümün əvvəlində “Milan”a transfer olunub. Burada isə 12 matçda forma geyinən Krkiç 2 qola imza atıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0