“Xəzər Lənkəran”da çətinlik çəkəcəyimi düşünmürəm”
25.12.2012 - 09:47
“Xəzər Lənkəran” hələ mövsümün əvvəlində gündəmimdə olan bir komanda idi. Ancaq mən həmin vaxt “Şanlıurfaspor”a getməyə üstünlük verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın yeni transferi Gökhan Güləç deyib.
27 yaşlı hücumçu Türkiyənin aşağı dəstə təmsilçisi “Şanlıurfaspor”la müqaviləni pozandan sonra sərbəst futbolçu olub. Bundan istifadə edən Lənkəran təmsilçisi onunla ilkin razılıq əldə edib: “Deməli, qismət bu günə imiş. Belə deməyim daha düzgün çıxar. Mənim üçün çox fərqli həyəcandır. “Xəzər Lənkəran”da məni yaxşı, yaxud pis nələrin gözlədiyi haqda heç bir fikrim yoxdur. Ancaq ümid edirəm ki, mənim üçün uğurlu olar. Çətinlik çəkəcəyimi düşünmürəm. Heç bir problem yaranmasa, bu günlərdə mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atacağam”.
Qeyd edək ki, Güləç vaxtilə “Beşiktaş”ın da şərəfini qoruyub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0