Ruy Jorje Azərbaycan yığması ilə oyundan danışdı
01.02.2013 - 11:34
“Qrupumuzda bizə çətinlik yarada biləcək cəmi 1 komanda var ki, bu da Norveç yığmasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorje deyib.
Portuqaliya futbolunun əfsanəsi U-21-lər arasında Avro-2015-in seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. 40 yaşlı mütəxəssis Azərbaycan, Norveç, Makedoniya və İsrail yığmaları ilə birlikdə yer aldıqları 8-ci qrupa düşməklərindən məmnun qalıb: “Biz püşkdən narazı qala bilmərik. Avropa nəhənglərindən heç biri ilə eyni qrupa düşməmişik. Bu da püşk üçün müsbət nəticədir. 2014-cü ilin sentyabrında baş tutacaq son oyunumuzun Azərbaycan yığması ilə evdə keçirilməsi də məni çox razı salır”.
Qeyd edək ki, son turun Portuqaliya – Azərbaycan oyunu 2014-cü il sentyabrın 8-də baş tutacaq.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0