İtaliya yığmasının sabiq üzvü Azərbaycana gəlməkdən imtina etdi
01.02.2013 - 14:18
“Xəzər Lənkəran”ın transfer etdiyi Toni Doblasdan sonra İspaniyanın “Saraqosa” klubunun daha bir futbolçusu Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, 3 ildir Saraqosa təmsilçisində çıxış edən italiyalı Maurisio Lanzaro adını açıqlamadığı komandamızla müqavilə bağlamaqdan imtina edib.
31 yaşlı mərkəz müdafiəçisi bunu vətəninə qayıtmaq istəyi ilə izah edib. İtaliya klublarına keçməyə can atan Lanzaro “Azərbaycana getmərəm” deməklə kifayətlənib.
Qeyd edək ki, İtaliyanın U-16, U-18, U-20 VƏ U-21 yığmalarında oynamış müdafiəçi peşəkar karyerasına “Roma”da başlayıb. Vətənində “Verona”, “Empoli”, “Kosentsa”, “Palermo”, “Salernitano” və “Recina”da da çıxış edib. Son 3 mövsümdə İspaniya Primerasında 43 matça çıxan müdafiəçi 2 dəfə - “Valensiya” və “Xetafe” ilə matçlarda qol vurub.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0