“Qəbələ” 5 futbolçu ilə müqavilə imzaladı
03.02.2013 - 15:11
“Qəbələ” 5 yeni futbolçu ilə müqavilə imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qəbəbəlilər baxışda olan Amit Quluzadə, sloveniyalı Luka Jinko, nigeriyalı İfeanye Emeqara, seneqallı Mustafa Dabo və rumıniyalı Kristian Pulhak ilə münasibətlərini Antalyada hazırlığını başa vuraraq, Vətənə döndükdən sonra rəsmiləşdirib.
Pulhakla 2, Quluzadə və Dabo ilə 1,5, Emeqara ilə 1 illik, Jinko ilə “6 ay + 1 il” şərti ilə müqavilə imzalanıb.
Yaxın günlərdə “Qəbələ” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək. Serbiyalı futbolçu Nikola Valentiç tibbi müayinədən sonra rəsmi müqavilə imzalanacaq.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0