İstanbulda 1 qızıl və 2 bürünc medal
04.02.2013 - 10:36
İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması 1 qızıl və 2 bürünc medal qazanıb.
Belə ki, 66 kq-da mübarizə aparan Rəsul Çunayev finalada iranlı Məhəmməd Kərimini aşkar üstünlüklə (3:0, 1:0) məğlub edib və turnirin qızıl medalını qazanıb. London olimpiadasından sonra məşqlərə xeyli ara vermiş Vitali Rəhimovun (66 kq) yeni mövsümdə ilk sınağı uğurlu olub. Güləşçimiz bürünc mükafat uğrunda mübarizədə yerli idmançı Atakan Yükseli məğlub edib. 74 kq-da Niyaməddin İbrahimov 3-cü yer uğrunda mübarizədə Rusiya əsilli erməni güləşçi Qarik Babayan üzərində qələbə qazanıb.
66 kq-da digər təmsilçimiz Rüstəm Əliyev bürünc medal görüşündə belaruslu Qardaş Yaraslauya uduzub və beşinci olub. Eyni qaydada Radomir Petkoviç (120 kq) də bürünc medal şansını əldən verib.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0