Topaz Premyer Liqasının sabiqləri Yunanıstanda üz-üzə gələcək
05.02.2013 - 10:14
“Erqotelis”ə qayıtdığım üçün çox şadam. Bu komandada oynadığım 2 il müddətində yaxşı xatirələrim qalıb. Mənim hədəfim “Erqotelis”ə kömək edərək komandanı yenidən elitaya qaytarmaqdır. Birlikdə komandanı yüksəklərə daşıyaraq azarkeşləri sevindirə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın sabiq hücumçusu Maris Verpakovski deyib.
Latviyalı futbolçu “Bakı”dan ayrıldıqdan sonra ötən mövsümün sonunda Yunanıstan Superliqasını aşağı dəstəyə dəyişən “Erqotelis”ə keçib. Kiyev “Dinamo”suna məxsus olduğu 2009-2011-ci illər ərzində İraklion klubunda çıxış edən Verpakovski “zolaqlılar”a məhz burdan gəlmişdi.
Maraqlıdır ki, o, Yunanıstanda Premyer Liqamızın daha bir iştirakçısı ilə üz-üzə gələcək. Söhbət “Kəpəz”in sabiq müdafiəçisi Quy Armand Feutçindən gedir. Belə ki, kamerunlu futbolçu Yunanıstanın aşağı dəstə klubu “Kallitea”da 10 günlük baxışdan sonra bəyənilib.
Qeyd edək ki, kamerunlu da Verpakovski kimi əvvəllər Yunanıstanda çıxış edib. O, PAS, PAOK və “Diaqoras” klublarının şərəfini qoruyub.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0