“Xəzər Lənkəran” axtardığını tapdı
07.02.2013 - 17:21
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi argentinalı hücumçu Lusiano Esteban Olquini heyətinə qatır.
Sonuncu dəfə Çinin I liqasında “Hohhot” klubunda oynayan 31 yaşlı legioner birbaşa müqaviləyə gəlir.
Ötən ilin martında müqavilə bağladığı bu komandada 15 oyun keçirən Lusiano 2010-cu ildən Çində oynayır. Belə ki, 2010/11 mövsümündə Superliqada “Tyanjin” klubunda 34 matçda 15 qol vurub.
1,88 metr boya malik Olquin peşəkar karyerasına 2004-cü ildə başlayıb və ilk vaxtlar vətənində “Rasinq” (2004-cü il, 2 oyun), “San Martin” (2004-cü il, 4 oyun) klubunda forma geyib.
2005-ci ildən legioner həyatına başlayan hücumçu Belçikada “Royal Antverp”də (2005-08-ci illər, 54 oyun, 18 qol) və “Beveren”də (2008-09, 24 oyun, 9 qol), Yunanıstanda “Pyerikos”da (2009-10, 25 oyun, 6 qol) oynayıb.

- Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
0
0