“Fənərbaxça” öz meydanında daha açıq oynayır”
21.02.2013 - 01:13
Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçında “Fənərbaxça” ilə qarşılaşmadan öncə BATE-nin baş məşqçisi Viktor Qonçarenko “Şükrü Saracoğlu” stadionunda mətbuat konfransını keçirib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı ilk oyunda tərəflərin hesabı aça bilməməsindən fərqli olaraq, bu dəfə komandaların qol vuracağını ifadə edib.
O, “Fənərbaxça”nın cəza səbəbi ilə əlaqədar olaraq oyunu azarkeşsiz keçirəcəkləri fikrinə də toxunub: “Bu dəfə komandalar qol vuracaq. Matçda ssenari fərqli inkişaf edə bilər. Necə olacağı mövzusunda bir söz söyləmək çətindir. Öz azarkeşləri qarşısında çıxış etmək “Fənərbaxça”nın üstünlüyüdür. Lakin onların cəzalanması “sarı bülbüllər” üçün pis bir haldır. “Fənərbaxça” öz meydanında daha açıq oynayır. Amma biz də hər cür oyuna hazırıq”.
Qeyd edək ki, “Fənərbaxça” - BATE qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0