“Cavab matçında başqa cür olacaq”
21.02.2013 - 05:24
“Biz müdafiədə yaxşı oynadıq. Hamıya məlumdur ki, “Barselona” topla oynamağı xoşlayır. Amma biz heç vaxt səbrimizi itirmədik. Onlar bizə çox çətinliklər yaratdılar. Cinahlarda topu qarşıladılar. Lakin biz konsentrasiyamızı saxlayırdıq. Bir neçə dəfə rəqibi əks-hücumda yaxalasaq da sonda ötürməmiz çatmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan”ın baş məşqçisi Massimiliano Alleqri deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “San-Siro” stadionunda “Barselona”nı 2:0 hesabı ilə məğlub etdikdən sonra fikirlərini bildirib.
Təcrübəli çalışdırıcı yetirmələrinin Kataloniya klubunun qapısına üçüncü topu vura bilmədikləri üçün təəssüfləndiyini vurğulayıb: “Cavab matçında başqa cür olacaq. Futbolçularımız Messinin qarşısını çətinliklə saxlamağı bacardılar. “Nou Kamp”da onlardan həmin ki uğuru təkrarlamaq tələb olunacaq. Onu bilirik ki, bizim üçün çətin olacaq. Təəssüf ki, oyunçularımız üçüncü topu vurmağı bacarmadılar. Amma hər halda biz razıyıq bu hesaba. Həmçinin bu çox gözəl axşamdan həzz ala bilərik”.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0