Kapello: “Çelsi”dən təklif almamışam
04.03.2013 - 21:35
Adı tez-tez “Çelsi”nin “sükanı arxasına” keçəcəyi ilə gündəmə gələn DÇ-2014-ün qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello gələcəyi haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “The Sun” qəzetinə açıqlama verən italiyalı çalışdırıcı mövsüm sonunda London klubundan ayrılacaq Rafael Benitezin yerinə onun keçəcəyi iddialarını rədd edib.
66 yaşlı mütəxəssis hazırda Rusiya millisi haqqında düşündüyünü bildirib: “Çelsi”dən təklif almamışam. Mən yalnız Rusiya yığması haqqında düşünürəm və özümü Moskvada çox xoşbəxt hiss edirəm. Hazırda tək hədəfim Rusiya ilə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına yollanmaqdır. Başqa heç nə fikirləşmirəm”.
Qeyd edək ki, karyerasında “Milan”, “Real”, “Roma”, “Yuventus” və İngiltərə millisi kimi məşhur komandalarda işləyən Kapello 2012-ci ildən bu yana Rusiya yığmasını çalışdırır.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0