“Mançester Yunayted” azarkeşləri məni yaxşı qarşılayacaqlar”
04.03.2013 - 22:05
“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo çərşənbə axşamı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaqları “Mançester Yunayted” haqqında bəzi açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yımasının hücumçusu “Old Trafford”da meydana duyğular içərisində çıxacağını bildirib.
İspaniya La Liqasının XXVI turunda “Barselona” (2:1) ilə matçın ikinci hissəsində forma geyən və “qırmızı şeytanlar”la oyuna saxlanılan Ronaldo sabiq komandasına qol vurmağının maraqlı olacağını ifadə edib: “Mançester Yunayted” azarkeşlərinin məni yaxşı qarşılayacaqlarına əminəm. Onlara qol vurmağım maraqlı olacaq. “Old Trafford”da fərqləndiyim an, nə olacağını bilmərəm. Sevinib-sevinməyim həmin vaxt özünü göstərəcək”.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2003-2009-cu illərdə “Mançester Yunayted”in heyətində çıxış edib. O, ingilis klubunda 287 matçda forma geyinib və rəqib qapılarından 116 qol keçirib.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0