Sneyder Hollandiyada liderdir
05.03.2013 - 06:10
Hollandiyanın “NuSport” jurnalı 2012-ci ildə ölkənin ən çox gəlir əldə edən idmançılarının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bütün idman növlərinin yer aldığı siyahıya “Qalatayasaray”ın yeni transferi Uesli Sneyder başçılıq edir.
İdmançıların maaş və sponsorlardan qazandığı pullar da daxil olmaqla “Cim-Bom”un yarımmüdafiəçisi 12,2 milyon avro ilə bütün rəqiblərini qabaqlayıb.
100 idmançının və 21 futbolçunun yer aldığı siyahının 2-ci pilləsində “Mançester Yunayted”in hücumçusu Robin Van Persi qərarlaşıb. Onun qazancı 11.85 milyon avro olaraq hesablanıb. 3-cü yeri isə 9.4 milyon avro ilə “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben tutur.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0