Milli komandamızla bağlı film İTV-də
05.03.2013 - 10:27
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı və hazırlıq prosesi çərçivəsində keçirilmiş yoxlama oyunları ilə bağlı film çəkilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın dəstəyi ilə hazırlanmış "Milli komandamız" filmi bu gün saat 22:20-də İctimai televiziyada nümayiş etdiriləcək. Filmdə AFFA-nın baş katibi Elxan Məmmədovun, millimizin baş məşqçisi Berti Foqtsun və komandanın üzvlərinin toplanış, həmçinin millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar barədə fikirləri, məşq prosesi və yoxlama oyunlarından maraqlı görüntülər yer alıb.
Filmin ideya və ssenari müəllifi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludur. Departamentin digər əməkdaşları - Fərid Əhmədov filmin rejissoru, Mirzə Ələkbərov operatoru, Etibar Tağıyev isə redaktorudur.
Mənbə: affa.az

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0