Toni Doblas yenə yazdı
05.03.2013 - 12:32
“Xəzər Lənkəran”ın qapıçısı Toni Doblas Azərbaycan dilini öyrənməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ötən ay ölkəmizə gələn ispaniyalı komandasının ilk “altılıq”dan kənarda qalmasına azərbaycanca münasibət bildirib.
Topaz Premyer Liqasının təsnifat mərhələsində 8-ci olmağa üzülən təcrübəli futbolçu “twitter”də növbəti dəfə şərh yazıb. Toni açıqlamasında komandasını ruhdan düşməməyə çağırıb: “Sabahınız xeyir. Çoxunun problemi olur. Həyat davam edir. Mübarizəni davam etdirmək, qələbə qazanmaq üçün”.
Maraqlıdır ki, Doblas şərhini qarışıq – bəzi ifadələri ispan, bəzilərini azərbaycanca yazıb. O, dilimizdə öyrəndiyi “Sabahın xeyir” və “Həyat davam edir” kəlmələrini azərbaycanca yazıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” mübarizəni davam etdirdiyi Azərbaycan kubokunun 1/4 finalında “Rəvan”la cavab oyununu martın 7-də keçirəcək.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0