PSJ daha bir futbolçusunu itirdi
05.03.2013 - 21:07
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günüdə “Valensiya” (1:2) ilə qarşılaşacaq PSJ-nin heyətində itki baş verib. Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin yarımmüdafiəçisi Jeremi Menez komandasına kömək edə bilməyəcək.
Belə ki, əvvəlcə adı görüşün sifariş ərizəsinə salınan Menez daha sonra zədələnərək sıradan çıxıb. Onun qasığında zədənin ciddi olduğu müəyyənləşib.
Qeyd edək ki, PSJ-nin daha bir futbolçusu Zlatan İbrahimoviç də komandasını yalnız qoyacaq. Çünki isveçrəli hücumçu “Valensiya” ilə ilk oyunda qırmızı vərəqə ilə cəzalandırılmışdır. Həmçinin yarımmüdafiəçi Marko Verratti də sarı vərəqələrin çoxluğundan qarşılaşmada iştirak etməyəcək.
Matç sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0