“Rəvan” Lənkəranda məşq etdi
06.03.2013 - 22:04
“Rəvan” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün artıq Lənkərandadır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “uçan aslanlar” uzun yol yorğunluğunu təxminən 2-3 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanıb.
17:00-da başlayan və 1 saat davam edən məşqdə futbolçular isinmə hərəkətlərindən sonra əvvəlcə azacıq da olsa, fiziki hazırlıq üzərində çalışıb. Ardından “kvadrat”larla dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işləyib.
Qeyd edək ki, zədədən əziyyət çəkən və bu üzdən “Bakı” ilə oyunda forma geyməyən Nikolay Orlovskinin durumu qənaətbəxşdir. Onun Lənkəranda meydana çıxacağı gözlənilir. Amma komandanın digər legioneri Samuel Barlay zədəlidir və o, “Xəzər Lənkəran”a qarşı matçda iştirak etməyəcək. Çünki heç cənub zonasına gəlməyib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0