“Bertuççi artıq oynaya da bilər”
16.03.2013 - 11:46
“Bruno Bertuççi elə zədə alıb ki, adətən bu problemin həllinə 6-8 həftə vaxt tələb olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri braziliyalı futbol həkimi fabio Boldrini deyib.
Cənubi amerikalı mütəxəssis Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin durumuna aydınlıq gətirib. Boldrini fevralın 14-də zədələnən braziliyalının vəziyyəti ilə bağlı açıqlama verib: “Lakin biz onun sümüyündəki qırığı rekord müddətdə - 4 həftəyə bərpa etdik. Artıq müdafiəçi ağrılar hiss etmir və oynaya da bilər. Lakin Bruno bərpa prosesi də keçməlidir. Klub rəhbərliyi də bilir ki, müdafiəçi başqa ölkədə belə tez sağala bilməzdi”.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0