Lempard yubiley qolunu vurdu
18.03.2013 - 00:03
İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşan “Çelsi” – “Vest Hem” matçı Frenk Lempard üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu “zadəganlar”ın heyətində yubiley qoluna imza atıb.
Belə ki, matçın 19-cu dəqiqəsində hesabı açan Lempard “Çelsi”də çıxış etdiyi 12 mövsümdə 200-cü dəfə fərqlənmiş olub.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi London klubuna 2001-ci ildə “Vest Hem”dən keçib. O, bu oyunda “Çelsi”nin forması ilə 393-cü matçını keçirib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0