“Rəvan” hazırlıqlara start verdi
18.03.2013 - 14:14
Topaz Premyer Liqasının XXIII turu çərçivəsində "Xəzər Lənkəran”ı minimal hesabla məğlub edən "Rəvan”ın futbolçularına istirahət verilmişdi. Apasport.az saytının məlumatına görə, artıq 4 günlük "sərbəst qrafik” başa çatıb və komanda yenidən hazırlıqlara başlayıb.
Hazırlıqları ənənəvi olaraq "Bayıl Arena”da keçirən “uçan aslanlar” dünən 1 məşqlə kifayətlənmişdisə, bu günə 2 hazırlıq nəzərdə tutulub. Artıq səhər saatlarında "Rəvan”lı futbolçular fiziki hazırlıqlar üzərində işləyib. Belə ki, komanda üzvləri trenajor zalda əzələ qüvvəsini artırmağa çalışıb.
Axşam saatlarında isə meydançada hazırlıq olacaq. Məşqlərdə milli komandalarının şərəfini qorumaq üçün vətənlərinə yola düşən syerra-leoneli Samuel Barlay və litvalı Mindauqas Kalonasdan başqa, hamı iştirak edir.
Qeyd edək ki, “Rəvan” martın 23-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. Görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0