Milli komandamız Finlandiyaya uduzdu
18.03.2013 - 17:55
Bu gün Azərbaycanın 19 yaşlılardan ibarət yığması Finlandiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi odluğu yığmamız Finlandiyanın 18 yaşlılardan ibarət yığmasına 0:1 hesabı ilə uduzub. Finlər qələbə topunu 68-ci dəqiqədə vurub. Yığmamız futbolçusu 68-ci və 82-ci dəqiqələrdə 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından azlıqda qalıb.
Qeyd edək ki, Əsədovun komandası bundan sonra Estoniyaya yollanaraq, orada 2 yoxlama oyunu keçirəcək. Rəqiblər bu ölkənin 18 və 19 yaşlılardan ibarət yığmalarıdır. Həmin matçlar martın 22-də və 24-də keçiriləcək.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0