“Simurq” Gürcüstandan qələbə ilə qayıdır
24.03.2013 - 09:50
DÇ-2014-ün seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yollanan "Simurq" yoldaşlıq görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, komandanın rəqibi Qori şəhərinin təmsilçisi "Dila" klubu olub.
Oyunun əvvəlindən sonadək üstün oyun nümayiş etdirən “sarı-qaralar” qarşılaşmadan qalib ayrılıb – 1:0. Zaqatala təmsilçisinin qolunu oyunun 14-cü dəqiqəsində cərimə zərbəsindən Marçin Burkhardt vurub. Bundan sonra da qarşılaşmada hesabı artırmaq üçün qol şansları düşsə də, futbolçular bundan yararlana bilməyib və matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, sabah Zaqatala qayıdacaq “Simurq” Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları doğma arenada davam etdirəcək. Komandanın martın 30-dakı rəqibi "Bakı" olacaq.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0