Yığmamızın rəqibi itkilərlə üzləşdi
24.03.2013 - 22:46
Braziliya yığma komandasının baş məşqçisi Luis Felipe Skolari DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Rusiya ilə yoldaşlıq görüşünə itkilərlə çıxa bilər. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisinin heyətində bu gün Londonun “Stemford Bric” stadionunda keçirdikləri məşqdə 3 futbolçu iştirak etməyib.
Bunlar “Vasko da Qama”nın müdafiəçisi Dede, “Çelsi” və “Korintians”ın yarımmüdafiəçiləri Ramireslə Paulinodur. Hər 3 futbolçu zədə və xəstəlik üzündən məşqdə iştirak etməyiblər.
Qeyd edək ki, Rusiya - Braziliya oyunu martın 25-də baş tutacaq. Qarşılaşma İngiltərənin London şəhərində keçiriləcək.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0