Azərbaycan yığması Avropadakı rekordunu təkrarladı
28.03.2013 - 11:31
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarındakı rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2014-ün seçmə mərhələsində Norveçə 6 cavabsız qol vuran komandamız qitə miqyaslı yarışda ən böyük hesablı qələbələrindən birini əldə edib. Belə ki, bu yarışlarda yığmamız 6 topdan böyük fərqlə qələbə qazanmayıb.
Millimiz 13 il əvvəl Macarıstanda keçirilən seçmə mərhələ oyununda Litvanı 8:2 hesabı ilə məğlub etmişdi. Bu dəfə Slovakiyada şou göstərən yığmamız 6 top fərqi ilə qələbə rekordunu təkrarladı.
Qeyd edək ki, yığmamız dünya çempionatlarının seçmə mərhələlərindəki rekordu daha böyük hesabla olub. Komandamız 5 il əvvəl Ermənistanı 8 top fərqi ilə darmadağın etmişdi – 9:1.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0