Vaqif Cavadov 2 həftə oynaya bilməyəcək
28.03.2013 - 15:55
“Qarabağ” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hesabat turunda “Simurq”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Vüqar Nadirov oyunu buraxmalı olacaq.
Vaqif Cavadov isə zədə səbəbindən görüşdə çıxış edə bilməyəcək. Millimizin Lüksemburqla oyununda zədələnən 23 yaşlı forvardın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Sağ ayağında əzələsi yırtılan Vaqifin artıq 1 həftəni geridə buraxdığını nəzərə alsaq, onun aprelin 2-ci ongünlüyündə geri dönüşünə ümid etmək olar.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı martın 30-da keçiriləcək.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0