16 gündən sonra tam heyətlə
28.03.2013 - 16:01
“Qarabağ” Topaz Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə oyununun hazırlıqlarını davam etdirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi martın 30-da baş tutacaq oyundan cəmi 2 gün əvvəl tam heyətlə məşq etməyə başlayıb.
Belə ki, milli komandaların düşərgəsindən qayıdan 10 futbolçu artıq düşərgəyə qoşulub. Qurban Qurbanov 16 gündən sonra komandasını tam heyətlə bir araya gətirib.
Sonuncu dəfə martın 12-də keçirilən “Simurq”la XXIII turun oyununda bir yerdə olan futbolçular bu gün yeganə məşqini Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.
Qeyd edək ki, ağdamlılar sabahdan qısa müddətli toplanışa yığışacaq.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0