Səlcuq İnan “Real”ı udacaqlarına inanır
09.04.2013 - 04:40
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la cavab oyun öncəsi “Qalatasaray”ın yarımmüdafiəçisi Səlcuq İnan keçirilən mətbuat konfransında çıxış edib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu komandasının şanslarını dəyərləndirib.
O, “Kral klubu”nu məğlub etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb: “Ötən mövsümün əvvəlində mən baş məşqçimizlə birgə komandaya gələndə, “Qalatasaray” acınacaqlı vəziyyətdə idi. Superliqada çempionluq yaşadıq və indi Avropanın ən yaxşı 8 komandası arasında yer alarıq. Biz, bu nailiyyətlə fəxr edirik. Sabah (bu gün) “Real” qarşısında həzz almaq istəyirik. Çünki dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. İlk matç bizim üçün uğursuz başa çatdı. Amma yenə də meydana çıxıb əlimizdən gələni edəcəyik. “Real”ı dayandırmağa, ən pis halda udmağa çalışacağıq”.

- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0