AFFA “Neftçi” – “Qarabağ” matçının baş hakimini cəzalandırır
09.04.2013 - 09:17
AFFA beynəlxalq dərəcəli hakim Rəhim Həsənovu cəzalandıracaq. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Buna səbəb gənc hakimin Topaz Premyer Liqasının XXV turunda idarə etdiyi “Neftçi” – “Qarabağ” matçından (1:2) sonra mətbuatda yer alan fikirləridir.
Məmmədov bildirib ki, hakimin idarə etdiyi oyun haqda şərh verməyi düzgün deyil: “Həsənov dilinin bəlasına düşüb, cəzasını çəkəcək”.
Qeyd edək ki, keçmiş futbolçu olan Həsənov apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin hakimliklə bağlı iradlarına cavab verərək, idarəçiliyinin düzgün olduğunu açıqlamışdı. Elə Hakimlər Komitəsinin sədri də onun qərarlarını dəstəkləyərək, nəticəyə təsir edən səhvlərinin olmadığını bildirib.

- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0