“Bavariya”ya XXIII kuboku mayın 11-də veriləcək
09.04.2013 - 20:01
Mövsümün başa çatmasına 6 tur qalmış çempionluğunu elan edən “Bavariya”nın kubokuna qovuşacağı vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, münhenlilərə qazandıqları mükafat may ayının 11-də veriləcək.
Həmin gün “Bavariya” Bundesliqanın XXXIII turu çərçivəsində doğma azarkeşləri önündə “Ausburq”la qarşılaşacaq. Görüş başa çatandan sonra isə “Bavariya” çempionluqlarını bayram edəcək.
Qeyd edək ki, “Bavariya” Bundesliqanın XXVIII turu çərçivəsində “Ayntraxt”ı minimal hesabla məğlub edərək xalını 75-ə çatdırıb və çempionatın başa çatmasına 6 tur qalmış ən yaxın izləyicisi Dortmund “Borussiya” ilə xal fərqini 20-yə çıxararaq XXIII çempionluğunu elan etmişdi.

- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0