Balotelli 3 oyunluq cəzalandırıldı
09.04.2013 - 20:22
İtaliya Futbol Federasiyası “Milan”ın hücumçusu Mario Balotellini 3 oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna A seriyasının XXXI turu çərçivəsində “Fiorentina” (2:2) ilə qarşılaşmada hakimi təhqir etməsi səbəb olub.
Bununla da, 22 yaşlı forvard “Milan”ın Çempionlar Liqasına birbaşa getməsi yolunda mübarizə edəcəyi “Napoli”, “Yuventus” və “Katanya” matçlarında forma geyinə bilməyəcək.
Qeyd edək ki, mövsümün ikinci yarısında “Mançester Siti”dən “Milan”a transfer olunan Balotelli yeni klubunun heyətində ölkə çempionatında meydana çıxdığı 8 oyunda 7 qola imza atıb.

- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0