Joze Mourinyo peşmandır
03.05.2013 - 22:02
“Real”ın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında hazırda komandanın qapısını qoruyan Dieqo Lopes haqda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis 31 yaşlı əlcək sahibini “Kral klubu”na gec transfer etdikləri üçün peşmançılıq çəkir.
Təcrübəli mütəxəssis Lopeslə daha əvvəl müqavilə imzalamağın lazım olduğunu ifadə edib: “Mən əgər ötən üç ili yenidən yaşamaq imkanına malik olsaydım, bəzi şeyləri necə edərdim? Biz Dieqo Lopesi mənim “Real”da debüt mövsümümdən sonra əldə etməli idik. Onunla müqavilə imzalamaq üçün kifayət qədər cəld olmalıydıq. Bu, bizim üçün böyük peşmançılıqdır”.
Qeyd edək ki, Dieqo Lopes “Real”a qış transfer pəncərəsində “Sevilya”dan keçib. O, Madrid təmsilçisinin əsas qapıçısı İker Kasilyasın zədələnməsindən sonra transfer olunub. Lakin Lopes İspaniya milli komandasının üzvünün sıralara dönməsinə baxmayaraq, heyətdə yerini saxlayıb.

- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
0
0