17 yaşlı forvard Braziliya millisində rekord qırdı
27.03.2024 - 14:21

Hücumçu Endrik Braziliya millisinin heyətində rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 17 yaşlı forvard millinin heyətində ilk 49 dəqiqədə 2 qol vurub.
Xatırladaq ki, əfsanəvi Pele 64 dəqiqədə, Ronaldo isə 529 dəqiqədə 2 qol vura bilib.
Qeyd edək ki, Endrik bu mövsümün sonuna kimi Braziliyanın "Palmeyras"ında çıxış edəcək. "Real Madrid"lə razılıq əldə edən hücumçu yayda “kral” klubuna keçəcək.
0
0