İtaliya A Seriyasında XVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, “Komo” “Leççe”ni 2 cavabsız qolla məğlub edib. “Verona” səfərdə “Bolonya”dan üstün olub.
“Napoli” minimal hesablı qələbəyə sevinib. “Yuventus” son dəqiqə qolu ilə 3 xalı əldən verib. Turun mərkəzi matçı sayılan “Milan” – “Roma” duelində qalib müəyyənləşməyib.
Turun ilk günündə 4 qarşılaşma keçirilib. “Cenoa” səfərdə, “Parma” isə evdə minimal hesablı qələbə qazanıb. “İnter” rəqibinə acımayıb. “Atalanta” xal itirsə sə liderliyini əldən verməyib.
İtaliya A Seriyası
XVIII tur
28 dekabr
"Empoli" – "Cenoa" 1:2
Qollar: Espesito, 74 – M.Badelj, 46, C.Ekuban, 68
"Parma" – "Montsa" 2:1
Qollar: Hernani, 56 (pen.), L.Valenti, 90+8 – P.Pereyra, 85
"Kalyari" – "İnter" 0:3
Qollar: A.Bastoni, 53, L.Martinez, 71, H.Çalhanoğlu, 78 (pen.)
"Latsio" – "Atalanta" 1:1
Qollar: F.Beşiru, 27 – M.Breskianini, 88
29 dekabr
"Udineze" – "Torino" 2:2
Qollar: İ.Toure, 41, L.Lukka, 49 – C.Adams, 53, S.Riççi, 64
"Napoli" – "Veneziya" 1:0
Qol: C.Raspadori, 79
"Yuventus" – "Fiorentina" 2:2
Qollar: K.Truam, 20, 48 – M.Kin, 38, R.Şottil, 87
"Milan" – "Roma" 1:1
Qollar: T.Reynders, 16 – P.Dibala, 23
30 dekabr
"Komo" – "Leççe" 2:0
Qollar: N.Paz, 49, P.Kutron, 79
"Bolonya" – "Verona" 2:3
Qollar: B.Domingez, 20, 58 – A.Sar, 38, K.Tenqştedt, 45+2, S.Kastro, 88 (öz qapısına)