Abraham “Qalatasaray” dedi, Adalı cavabladı: “Ən köklü bizik!”
02.07.2025 - 18:11
Abraham “Qalatasaray” dedi, Adalı cavabladı: “Ən köklü bizik!”

"Beşiktaş"ın yeni transferi Temmi Abraham və klub prezidenti Serdal Adalı arasında maraqlı dialoq yaşanıb.

Apasport.az xəbər verir ki, Abraham Türkiyə futbolundakı derbilər barədə Adalıdan məlumat almaq istəyib.

İngiltərəli hücumçu “Türkiyədə ən böyük derbi hansı komandalar arasında keçirilir? "Qalatasaray"ın adını çox eşidirəm.” deyə Adalıya sual verib.

Abrahamın bu fikirlərinə klub prezidenti Serdal Adalı “sənin bəhs etdiyin klub sadəcə son 20–25 ildə ön plandadır. Amma Türkiyənin ən köklü klubu bizik. Əsl derbi isə "Beşiktaş"–"Fənərbaxça" matçıdır.” deyə cavab verib:

Qeyd edək ki, Temmi Abraham ötən günlərdə “Roma”dan 17 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub.