Acun Ilıcalının ittihamlarına "Qalatasaray"dan cavab
06.01.2025 - 10:57
Acun Ilıcalının ittihamlarına "Qalatasaray"dan cavab

 Super Liqa təmsilçilərindən "Qalatasaray" "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalının sözləri ilə bağlı açıqlama yayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında paylaşım edilib: 

"Qalatasaray İdman Klubu bu mümkün xaosu görüb və ilk növbədə xarici VAR hakimi tələbini dilə gətirdi. Bu mövsümün əvvəlində TFF tərəfindən edilən yığıncaqda təklifimiz yerinə yetirilmədi. Bu vəziyyəti idman ictimaiyyətinin ixtiyarına buraxırıq.

Klubumuzun heyətində yer alan futbolçular meydanda son damla tərinə qədər mübarizə aparan parlaq idmançılardır. Bu çirkin bəyanatları verənlərdən daha çox ədalətə və həqiqətə inanan şərəfli personajlardır.

Hazırda Türkiyə futbolunda baş verən xaosa səbəb olanlar aydındır. Klubumuz 5 dekabr 2024-cü il tarixində verdiyi açıqlamada idarəetmənin zəifliyini ortaya qoymuşdu. Bu gün də eyni nöqtədəyik.

Hazırda nə dediyi aydın olmayan, gündəmi dəyişmək üçün klubumuza hücum edən, bir gün türk futbolunun idarəçilərini tərifləyən, ertəsi gün eyni idarəçilikdən şikayətlənən rəqibimizdən öz həqiqətini açıq şəkildə ortaya qoymasını gözləyirik".

Qeyd edək ki, "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı “Qalatasaray”ın çempionatda irəli çəkildiyi ilə bağlı ittihamlar səsləndirib. 

0