Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"
06.01.2025 - 10:04
Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı "Hatayspor" matçından sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, 55 yaşlı funksioner hakim idarəetməsindən narazıdır: 

"Göztepe" və "Eyüpspor"la matçlarda penaltimiz verilsə idi, “Qalatasaray”la xal fərqi 4 olardı. Rəqib komandanın xal itirdiyi oyun yoxdur. Onlar üsyan edirlər, federasiya ilə məhkəmədədirlər. Amma neçə xal itiriblər? Sıfır. Biz isə 4 xal itirmişik. "Qalatasaray” öz meydanında nə vaxt qırmızı vərəqə alıb? Dünya çempionatından əvvəl. 2,5 ildir qırmızı vərəqə görməyiblər. Bu, komediya filmidir. “Qalatasaray”ın qırmızı vərəqə almalı olduğu 4-5 matç var. Baş məşqçimizin əhvalı çox pisdir”.

Ilıcalı “Qalatasaray”ın çempionatda irəli çəkildiyi ilə bağlı iddialar səsləndirib: 

"Futbol hakimliyinin bitdiyini bütün ölkə gördü. Ümid edirəm, tezliklə ədalətli çempionatda mübarizə aparacağıq. "Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir. Bəzən ədalətsizliklər ola bilər, amma bu qədər də yox. Torreyra çox yaxşı aktyordur. Əli ilə sinəsini tutur, topu çıxarır. Hazırda tək gündəmimiz hakim ədalətsizliyidir".

Qeyd edək ki, “Qalatasaray” bəyanat yayaraq “Fənərbaxça” klubunun iddialarını rədd edib.

0