Adama Diakabi Türkiyə klubunda
30.06.2024 - 18:52

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb.
Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il “Qarabağ”ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.
Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0