Turan Manafov mükafatlandırılıb
10.03.2025 - 17:37
Turan Manafov mükafatlandırılıb

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin "Turan Tovuz" ilə oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafatlar XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl təqdim edilib.