Aleks De Souza: "Maaşımızı ala bilmirdik"
29.01.2025 - 15:51
Aleks De Souza: "Maaşımızı ala bilmirdik"

“Antalyaspor”da ilk həftə maaşımızı aldıq. Daha sonra maaş ala bilmədik”.

Apasport.az xəbər verir ki, bu sözləri “Antalyaspor”un sabiq baş məşqçisi Aleks De Souza Braziliya mətbuatına açıqlamasında deyib.

Braziliyalı çalışdırıcı komandada 3 fərqli prezident olduğunu və texniki heyətin icazəsi olmadan futbolçu transfer etdiklərini bildirib:

“Vəzifəyə ilk gəldiyim gündən məndən istənilən klubun Türkiyə kubokunda ilkin mərhələlərini adlamaq və Super Liqada orta mövqelərdə tutmaq idi. Əslində, mən bunu bacarmışdım. Lakin komandada 3 fərqli prezident var idi. Antalya təmsilçisinin 2 vəzifəli şəxsi  texniki heyətin xəbəri olmadan özbaşına futbolçu transfer edirdi”.

Qeyd edək ki, bir müddət əvvəl “Antalyaspor” Aleks De Souza ilə yollarını ayırmışdı.

0