Amorim çarəsiz qaldı - daha bir müdafiəçi zədələndi
12.05.2025 - 17:22
Amorim çarəsiz qaldı - daha bir müdafiəçi zədələndi

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro sıradan çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ötən gün Premyer Liqanın XXXVI turu çərçivəsində “Vest Hem”lə görüşdə (0:2) sıradan çıxıb.

Oyunçunun “Tottenhem”lə Avropa Liqasının final matçını buraxması gözlənilir.

Xatırladaq ki, komandanın daha 2 müdafiəçisi - Lisandro Martinez və Matteys de Liqt zədədən əziyyət çəkir.

Qeyd edək ki, 19 yaşlı Yoro bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol, 1 assistlə yadda qalıb.