İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted”in üzvü Antoni karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Real Betis” futbolçunu icarəyə götürməyə yaxındır.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, braziliyalı forvard mövsümün ikinci yarısını La Liqa təmsilçisinin heyətində keçirəcək.
Xatırladaq ki, Antoni “qırmızı şeytanlar”a Erik ten Haqın sifarişi ilə 2022-ci ildə “Ayaks”dan 95 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, oyunçu bu mövsüm “Yunayted”in heyətində 14 rəsmi matçda 1 qolla yadda qalıb.