UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"in yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi Niderlanddakı hazırlıq çərçivəsində “Anderlext”lə qarşılaşıb.
Görüş Belçika təmsilçisinin 1:0 hesablı qələbə ilə başa çatıb.
"Aris" bundan Şotlandiyanın "Livinqston" klubuna 1:3 hesabı ilə uduzub. Komandanın növbəti rəqibi iyulun 9-da yerli "Alkmaar" klubu olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir