"Arsenal" Qyökereşin transferinə yaxınlaşır
07.07.2025 - 00:32
"Arsenal" "Sportinq"in futbolçusu Viktor Qyökereşlə anlaşmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London klubu bu transferlə bağlı danışıqlarda növbəti irəliləyişə nail olub. Tərəflər arasında yeni görüş baş tutub.
İsveç millisinin hücumçusu artıq komandasının məşqlərinə qayıtmayacaq və tam şəkildə klubdan ayrılmağa köklənib. "Topçular" isə keçidi reallaşdırmaq üçün sürətli addımlar atır.
Qeyd edək ki, ötən mövsüm Qyökereş bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0