“Arsenal”ın heyətində CİDDİ İTKİ
07.09.2025 - 17:33
“Arsenal”ın zədəli futbolçusu Villiam Salibanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 24 yaşlı oyunçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, fransalı müdafiəçi Premyer Liqanın III turunda “Liverpul”la keçirilən görüşdə (0:1) xəsarət almışdı.
Qeyd edək ki, Saliba bu mövsüm Premyer Liqada 3 oyunda meydana çıxıb.
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0