“Atletiko” yetirməsi “Betis”də
04.07.2025 - 19:56

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi “Atletiko”dan Rodriqo Rikelmeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Atletiko”nun yetirməsi olan Rikelme 2020-ci ildən əsas komandada çıxış edirdi. O, müxtəlif vaxtlarda “Jirona”, “Mirandes”, “Bornmut” klublarında icarədə olub.
0
0