“Atletiko”da yeni müqavilə
25.03.2024 - 20:23

"Atletiko" Kokeni heyətində saxlaya bilib.
Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb.
Bunu madridlilərin mətbuat xidməti açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi La Liqa klubunda qalacaq.
Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir.
0
0