
İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, “şəhərlilər” Klaudio Eçeverrini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumameyilli yarımmüdafiəçi yeni komandasında 30 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, “Siti” 19 yaşlı argentinalını ötən il “River Pleyt”dən 18,5 milyon avro qarşılığında heyətinə qatıb, daha sonra futbolçunun inkişafı üçün 1 illik doğma komandasına icarəyə verib.
Qeyd edək ki, Eçevveri həmçinin Argentinanın 20 yaşlılarından ibarət milli komandasında da iştirak edir.