
Mövsümün sonunda "Fənərbaxça" ilə müqaviləsi bitəcək Duşan Tadiçin gələcəyi maraq doğurur.
Apasport.az xəbər verir ki, Duşan Tadiçin "Ayaks"a qayıda biləcəyi ilə bağlı iddialar davam edərkən, komandanın baş məşqçisi Françesko Farioli bu barədə açıqlama verib:
"Tadiç "Ayaks" üçün xüsusi oyunçudur. Klub hər ehtimalı dəyərləndirə bilər. Onun "Fənərbaxça" ilə müqaviləsi hazırda davam edir. Başqa komandanın oyunçusu haqda danışmaq düzgün olmaz".
Qeyd edək ki, Tadiç "Fənərbaxça"dan öncə 5 il "Ayaks" forması geyinib. O, Niderland klubu ilə liqa çempionu olub, Çempionlar Liqasının yarımfinalına yüksəlib.
2023-cü ildə "Fənərbaxça"ya transfer olunan Duşan "sarı-lacivərdli" komandada 99 oyun keçirib. Serbiyalı futbolçu bu matçlarda 27 qol vurub, 31 məhsuldar ötürmə edib.