“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib
30.05.2025 - 19:25
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib

"Ayaks"ın yeni baş məşqçi postuna Con Heytinqanı gətirəcək.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Liverpul" Arne Slotun köməkçisi olan Heytinqanın "Ayaks"a getməsinə razılıq verib.

Klub niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Heytinqa daha əvvəl 2023-cü ildə "Ayaks"a rəhbərlik edib.