Aziz Yıldırım yenidən prezidentliyə namizədliyini açıqladı
06.05.2026 - 13:08
“Fənərbaxça”nın keçmiş prezidentlərindən olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata danışıb.
Yıldırım seçkilərdə namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib.
Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib.
0
0